Slimfit
  1. MƏŞHURLAR

Oktay Kaynarca: EDHO-da Tarık Ünlüoğlununun yerini tuta biləcək aktyor yoxdur

Oktay Kaynarca: EDHO-da Tarık Ünlüoğlununun yerini tuta biləcək aktyor yoxdur
Sakura

Oktay Kaynarca: EDHO-da Tarık Ünlüoğlununun yerini tuta biləcək aktyor yoxdur

Paytaxtımızın qonağı olan Türkiyənin məşhur aktyoru Oktay Kaynarca iki ölkənin çəkəcəyi bir filmdə oynamaq istəyir. Oxu.Az-a açıqlama verən aktyor tez-tez təkliflər gəlsə də, çəkilişlərə vaxtının olmaması səbəbi ilə razılıq verə bilmədiyini bildirib: “Biz bir millət, iki dövlətik. Hətta hesab edirəm ki, buraya gəlib-gedərkən pasport istifadə etməyə belə ehtiyac yoxdur. Burada sevənlərimin olduğunu bilirdim. Hər zaman müsahibələrimdə bunu deyirəm. Sizləri çox sevirəm. İki ölkənin birgə istehsalı olan layihələrlə bağlı tez-tez təkliflər gəlir. Amma vaxt məsələsinə görə alınmır. Məsələn, gəldiyim gün səhər saatlarına kimi çalışdıqdan sonra buraya gəldim. Türkiyəyə qayıtdıqdan sonra da serial çəkilişlərim var. Gözəl Bakını gəzməyə belə vaxtım yoxdur. Bunun üçün ayrıca vaxt edib gələcəm”. Aktyor oynadığı rollar arasında seçim etmədiyini açıqlayıb: “Bütün rollarım dəyərlidir. Hər zaman rollarımı seçərək oynayıram. Serial və film mənim üçün eynidir. Vaxtım olduğu zaman filmlərdə də yer alıram. Hər zaman mafiya rollarında oynamayacam. Nə vaxtsa romantik və ya komediya ilə bağlı layihələrdə də iştirak edə bilərəm”. Oktay Kaynarca bir müddət öncə ölən yaxın dostu və serialdakı tərəf müqabili Tarık Ünlüoğlu haqqında da fikirlərini bildirib: “Gənclər yetişəcək və yeni Tarık Ünlüoğlular olacaq. Amma hazırda “Eşkiya dünyaya hökmdar olmaz” serialında onun yerini tuta biləcək aktyor yoxdur. Serialdakı aktyorların hamısı yaxın dostumdur”.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR