Slimfit
  1. SİYASƏT

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir
Sakura
:0

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir.

Bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Yerevanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş sərgi açılışını şərh edərkən deyib.

Analitik bildirib ki, bu sərgi Rusiya və Ermənistan KİV-ləri tərəfindən qələbənin yubileyinin MDB çərçivəsində qeyd olunmasına ölkələrin birgə hazırlığı kimi qələmə verilir:

“Amma bununla belə Yerevanın mərkəzində nasist kollaborasionisti və cinayətkar Qaregin Njdeyə heykəl qoyulub, onun adına meydan, küçə və metro stansiyası var. Nəticədə sürreal mənzərə yaranır, bir tərəfdən nasizm üzərində qələbə təbliğ olunur, digər tərəfdən isə nasizm qəhrəmanlaşdırılır. Onların bu ikiüzlülüyü artıq çoxdan dövlət siyasəti səviyyəsinə yüksəldilmiş normaya çevrilib. Fikrimcə, rəsmi Yerevandan nasist əlaltısı Njdeyə ölkə ərazisində qoyulmuş üç heykəli qeyd-şərtsiz uçurmasını tələb etmək lazımdır”.

Politoloq əlavə edib ki, sərgi yarım il fəaliyyət göstərib bağlanacaq, amma Njdenin heykəlləri dayanmaqda davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR