Slimfit
  1. ELM

Ölkəmizdə “Elm günü” yüksək səviyyədə qeyd olunacaq

Ölkəmizdə “Elm günü” yüksək səviyyədə qeyd olunacaq
Sakura

Ölkəmizdə “Elm günü” yüksək səviyyədə qeyd olunacaq

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bu il ilk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, o cümlədən Lənkəran və Şəki Regional Elmi mərkəzlərində silsilə tədbirlər keçiriləcək. Müasir dövrün aktual elmi problemlərinə həsr edilən konfrans, seminar və mühazirələr, dəyirmi masa, “açıq qapı” günləri, sərgilər, habelə tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunacaq. Bundan əlavə, elmdə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanları təqdim olunacaq, Rəyasət Heyəti tərəfindən “Gənc qadınlar elmdə”, “Ən yaxşı elmi-populyar əsər”, “Magistr-2019” və digər nominasiyalar üzrə müsabiqələrin qalibləri elan ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR