Ens.az
22 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
İSLAM

On iki imam

On iki imam

475 Baxış
On iki imam

On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmmədin dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.

İmamət inancı

İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.

Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.

On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talibon iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imamMəhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır). On iki imamçı şiələr və Ələvi müsəlmanların inancına görə, on iki imam barədə Məhəmməddən nəql edilən “On iki xəlifə” hədisinə əsasən öncədən xəbər verilmişdir. On iki imamçı şiə və ələvi inancına görə, hazırda qeybdə olan sonuncu imamdan başqa bütün imamlar qeyri-təbii ölümlə ölüblər.

On iki imam bəzi Sufi ordenlərdə aparıcı rola malikdir və İslamın siyasi yox, sadəcə dini rəhbərləri hesab edilirlər. Belə ki, Sufi ordenlərin əksəriyyəti on iki imamdan birinə gedib çıxır.

İmamların siyahısı

Nömrə Adının xəttalıqla ərəbcə yazılışı Adı
(Tam/Künyə)
Yazılış
(Ərəbcə/Azərbaycanca)
Doğum və
Ölüm
Tarix
(M./H.Q.)
Önəm Doğulduğu yer Ölüm səbəbi və yeri
Dəfn yeri
1 Alī.png Əli ibn Əbu Talib
علي بن أبي طالب
Əbu əl-Həsən
أبو الحسن
Əmirəlmöminin
(Möminlərin əmiri)


əl-Mürtəza

(Sevimli)


Birinci Ali
600–661
23 (Hicrətdən əvvəl)–40
Şiələrə görə birinci imam və Məhəmmədin canişini; Sünniliyəəsasən dördüncü raşidi xəlifə. Bütün sufi müsəlmanlar arasında yüksək mövqeyə malikdir. Məhəmmədin soyunun onunla Fatimənin izdivacından davam etdiyinə inanılır Məkkə, 
Səudiyyə Ərəbistanı
Kufə məscidində namaz qılarkən xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir.
Məzarı İraqın Nəcəfşəhərindəki İmam Əli məscidindədir.
2 Hassan ibn Ali.jpg Həsən ibn Əli
حسن بن علي
Əbu Muhamməd
أبو محمد
əl-Müctəba


(Seçilmiş)


İkinci Ali
624–670
3–50
Məhəmmədin, qızı Fatimədən olan yaşca ən böyük nəvəsi. HəsənKufədə xəlifəlik etmiş atasınınölümündən Muaviyyə ilə sülh müqaviləsi bağlayana qədər yeddi ay ərzində İraqa nəzarət etmişdir. Mədinə,
Səudiyyə Ərəbistanı
On iki imam şiələrinə görə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Muaviyyənintəşəbbüsü ilə arvadı tərəfindən zəhərlətdirilmişdir.
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqiməzarlığındadır.
3 Hhussain ibn ali.jpg Hüseyn ibn Əli
حسین بن علي
Əbu Abdullah
أبو عبدالله
Seyyidüş-şühəda


(Şəhidlərin rəhbəri)


Üçüncü Ali
626–680
4–61
Məhəmmədin nəvəsi, Əlinin oğlu və Həsən ibn Əlinin qardaşı. Yezidin xəlifəliyinin qanuniliyinə qarşı çıxmış və səbəblə də Kərbəla döyüşündə öldürülmüşdür. Bu hadisədən sonar Hüseynşiəlikdə mərkəzi, aparıcı mövqe tutur və ölümü qeyd edilir. Mədinə,
Səudiyyə Ərəbistanı
Kərbəla döyüşündə öldürülüb.
Məzarı İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidindədir.
4 Imam sajjad.jpg Əli ibn Hüseyn
علي بن الحسین
Əbu Muhamməd
أبو محمد
əl-Səccad, Zeynül-abidin


(Səcdə edən, İbadət edənlərin ziynəti


Dördüncü Ali
658 – 712
38–95
”Əhli-beytin Zəburu” kimi tanınan “Səhifeyi Səccadiyyə”nin müəllifi. Mədinə,
Səudiyyə Ərəbistanı
Əksər şiəmənbələrinə görə xəlifə I Vəlidingöstərişi ilə Səudiyyə ƏrəbistanınınMədinə şəhərində zəhərlətdirilmişdir.
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqiməzarlığındadır.
5 Baqir ibn sajjad.jpg Məhəmməd ibn Əli
محمد بن علي
Əbu Cəfər
أبو جعفر
Baqir əl-Ulum


(Elmin təfsirçisi


Beşinci Ali
677–732
57–114
Əksər erkən Sünni və Şiəmənbələrinə əsasən həyatı boyunca bir çox fəqih yetişdirmişdir. Mədinə,
Səudiyyə Ərəbistanı
Bəzi şiə mənbələrinə görə xəlifə Hişam ibn Əbdülməlikintəşəbbüsü ilə İbrahim ibn Vəlid ibn Abdullah tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqiməzarlığındadır.
6 Jaffer-e-Sadiq.jpg Cəfər ibn Məhəmməd
جعفر بن محمد
Əbu Abdullah
أبو عبدالله
əs-Sadiq


(Sədaqətli)


Altıncı Ali
702–765
83–148
Adı ilə əlaqədar olaraq On iki imam şiəliyi məzhəbi Cəfərilikadlandırılmışdır. Əbu Hənifə və Malik ibn Ənəsin fiqh, Vasil ibn Ətavə Hişam ibn Həkəminhədis/kəlam, Cabir ibn Həyyanın cəbr və kimya üzrə müəllimi olmuşdur.[23][24] Mədinə,
Səudiyyə Ərəbistanı
Bəzi şiə mənbələrinə əsasən xəlifə Mənsur tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqiməzarlığındadır.
7 Al-Kazim.jpg Musa ibn Cəfər
موسی بن جعفر
Əbu əl-Həsən

əl-Kazim


(”Sakit”)


Yedinci Ali
744–799
128–183
Cəfər ibn Məhəmməddən sonra İsmaililər də daxil olmaqla şiələrə görə imam. Xorasandaşiələrdən xumsun rahat yığılması üçün nümayəndələr şəbəkəsi qurmuşdur. Məhdəviyyətdə yüksək mövqeyə sahibdir. Əksər insanlar onun vasitəsilə öz soylarını Məhəmmədə bağlayırlar. Mədinə,
Səudiyyə Ərəbistanı
Şiə inamına görə xəlifə Harun ər-Rəşidin sifarişi ilə həbs olunmuş və həbsxanada zəhərlətdirilmişdir.
Məzarı İraqın Bağdad şəhəri yaxınlığındakı Kazımeyn şəhərində İmam Musa Kazım türbəsindədir.
8

Al redah.jpg

Əli ibn Musa
علي بن موسی
Əbu əl-Həsən 
أبو الحسن الثانی
ar-Riza, Reza


(Razı/Məmnun)


Sekizinci Ali
765–817
148–203
Xəlifə Məmun tərəfindən vəliəhd elan edilmişdir. Müsəlman və qeyri-müsəlman alimlərilə etdiyi mübahisələrlə məşhurdur. Mədinə,
Səudiyyə Ərəbistanı
Bəzi şiə mənbələrinə görə İranın Məşhədşəhərində xəlifəMəmunun göstərişi ilə zəhərlətdirilmişdir.
Məzarı İranın Məşhəd şəhərində İmam Rza məscidindədir.
9 Imam Taqi.jpg Məhəmməd ibn Əli
محمد بن علي
Əbu Cəfər
أبو جعفر
əl-Təqi, əl-Cavad


(Allahdanqorxan, Əliaçıq)


Dokuzuncu Ali
810–835
195–220
Abbasi xəlifələrinin zülm və təqibləri qarşısında mərdliyi və təqvası ilə məşhurdur. Mədinə,
Səudiyyə Ərəbistanı
Şiə mənbələrinə görə xəlifəMötəsimin sifarişi ilə arvadı, xəlifəMəmunun qızı tərəfindən zəhərlətdirilmişdir.
Məzarı İraqın, Kazımeyn şəhərində İmam Təqi türbəsindədir.
10 Imam naqi.jpg Əli ibn Məhəmməd
علي بن محمد
Əbu əl-Həsən 
أبو الحسن الثا
əl-Hadi, əl-Nəqi


(Hidayət edən, Təmiz/pak)


Onuncu Ali
827–868
212–254
Şiə cəmiyyətindəki nümayəndələr şəbəkəsini genişləndirdi və gücləndirmişdir. Həmçinin şiələr tərəfindən verilmiş xümsu qəbul etdi Mədinəyaxınlığında Sürəyya kəndi,
Səudiyyə Ərəbistanı
Bəzi şiə mənbələrinə görə xəlifə Mötəztərəfindən İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.
Məzarı İraqın Samirəşəhərindəki İmam Əskəri məscidindədir.
11 Al-askari.svg Həsən ibn Əli
الحسن بن علي
Əbu Muhamməd
أبو محمد
əl-Əskəri


(Qarnizon şəhərinin vətəndaşı')


Onbirinci Ali
846–874
232–260
Həyatının böyük bir qismi xəlifəMötəmidin hakimiyyəti illərinə rast gəlmişdir. Atasının ölümündən sonra ona qarşı təzyiqlər artmışdır. Mədinə,
Səudiyyə Ərəbistanı
Şiə mənbələrinə görə xəlifə Mötəmidin göstərişi ilə İraqın Samirəşəhərində zəhərlətdirilmişdir.
Məzarı İraqın Samirəşəhərindəki İmam Əskəri məscidindədir.
12 Imam Mahdi.png Məhəmməd ibn əl-Həsən
محمد بن الحسن
Əbu əl-Qasim
أبو القاسم
əl-Məhdi, Qaim, əl-Höccət


(Hidayət olmuş, Qayıb/itkin, Rəhbər')


Onikinci Ali
868–h.h.
255–h.h.
On iki imam şiələrinin mənbələrinə əsasən mövcud olmuş tarixi şəxsiyyət və vəd olunmuş Mehdi. İsa ilə birgə zühur edib haqsızlıq və ədalətsizliklə mübarizə aparıb, dünyada ədalət və nizamı bərpa edəcəyinə inanılır. Samirə, İraq Şiə mənbələrinə görə 872-ci ildə Allahın göstərişi ilə qeybə çəkilmişdir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X