Slimfit
  1. AZƏRBAYCAN

Onlar cərrahiyyə prosesini onlayn olaraq izləyirlər – Azərbaycan Tibb Universitetinin texnoloji mənzərəsi

Onlar cərrahiyyə prosesini onlayn olaraq izləyirlər – Azərbaycan Tibb Universitetinin texnoloji mənzərəsi
Sakura

Onlar cərrahiyyə prosesini onlayn olaraq izləyirlər – Azərbaycan Tibb Universitetinin texnoloji mənzərəsi

Azərbaycan Tibb Universitetində (ATU) çoxlu sayda elektron monitorlar var. Tələbələrimiz bu monitorlar vasitəsilə cərrahiyyə əməliyyatlarını canlı izləyirlər. ATU-nun klinikalarında tədris treyninq mərkəzləri var və bu mərkəzlərdə çoxlu sayda stimulasiya avadanlıqları quraşdırılıb. Cərrahiyyənin bütün sahələri və anesyeziologiya-reanimatologiya ixtisasları üzrə praktiki bacarıqların əldə olunması üçün  treyninq mərkəzlərində ABŞ, İsrail və digər ölkələrin istehsalı olan robot-simulyatorlar, anatomik, laparoskopik və endoskopik virtual simulyatorlar, çoxsaylı pediatrik, ginekoloji, cərrahi, uroloji, BBQ (LOR), oftalmoloji, reanimatoloji və s. simulyatorlar və mulyajlar yerləşdirilib. Tədris treyninq mərkəzlərində tələbələrimiz robotlar və orqanlar üzərində bilavasitə müayinə prosesini öyrənirlər”, – bunu TED.az-a açıqlmasında Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildiriblər.  

 ATU-dan verilən məlumatda qeyd edilir ki, ali təhsil müəssisəsi elektron universitet adlandırıla bilər: “Jurnallarımız tamamilə elektronlaşdırılıb. Hazırda ATU-da 550-yə yaxın kompüter var. Bu həm inzibati, həm də tədris binasında olan kompüterlərdir. Bununla yanaşı ATU-nun 4 klinikası var. Tədris Cərrahiyyə klinikasında 300, Tədris Terapevtik Klinikasında 100, Onkologiya klinikasında 50, Stomatoloji klinikasında isə 100-ə yaxın kompüter mövcuddur. Ümumilikdə isə Azərbaycan Tibb Universitetində inzibati, tədris binalarında və klinikalarında 1000-dən çox kompüter var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR