Slimfit
  1. AZƏRBAYCAN

“Onunla bərabər cəbhənin hər bir yerini qarış-qarış gəzdim...” Raquf Orucovun həyat yoldaşı

“Onunla bərabər cəbhənin hər bir yerini qarış-qarış gəzdim...” Raquf Orucovun həyat yoldaşı
Sakura

“Onunla bərabər cəbhənin hər bir yerini qarış-qarış gəzdim...” Raquf Orucovun həyat yoldaşı

“Həmişə dəfələrlə vurğulamışam ki, məni bir şəhid ailəsi kimi avtomobildən çox, mənə və övladıma verdiyiniz mənəvi dəyər maraqlandırır”
 
Moderator.az-xəbər verir ki, bunu aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Qarabağ müharibəsi iştirakçıları və əlilləri ilə görüşü zamanı deyib. S.Əlizadə bildirib ki, bu gün şəhid ailələrinin daha çox mənəvi dəstəyə ehtiyacı var:
 
“İnanın ki, həyat yoldaşım 26 il xidmət etdi, həm də Qarabağ qazisidir, anası şəhid oldu. Eyni zamanda hərbi xidmətdə ömrünün sonuna kimi sərhəd komandiri oldu. Onunla bərabər sizin döyüşdüyünüz o torpaqları qarış-qarış gəzdim. Ən nəhayətində həyat yoldaşım polkovnik-leytenand Raquf Orucov şəhid oldu və eyni zamanda öhdəmdə iki uşaq qaldı. Bir şəhid həyat yoldaşı kimi danışmaq istəyirəm. Bizim təşkilatımız yeni yaranıb və aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinin və qazilərin ətrafında cəmləşib. Biz çəkə biləcəyimiz yükü götürməyə çalışmışıq. Həmişə dəfələrlə vurğulamışam ki, məni bir şəhid ailəsi kimi avtomobildən çox, mənə və övladıma verdiyiniz mənəvi dəyər maraqlandırır. 
 
Bir anaya baş çəkmək çətin bir şey deyil. Elə şəhid ailələrimiz var ki, gözünün ağı-qarası bir övladını şəhid verib. Biz bunu etməklə dövlətin də yükünü azalda bilərik. Təkcə aprel döyüşlərində 50-yə yaxın uşaq atasız qalıb. Biz bu tədbirləri həyata keçiririk. Amma qoy, şəhid əmanəti olan övladlarımız yaddan çıxmasın. Dövlətimiz hələ müharibəni bitirməyib, davam edir. Yeni şəhidlərimiz olacaq və bunu qəbul edəcəyik, amma necə, millət olaraq buna hazırıqmı? Gedənlərin yükü qalanların boynundadı. Hamımız vətən üçün hazır olmalıyıq. Bizim övladlarımız bütöv bir Azərbaycanda yaşamağa layiqdir. Şəhid və qazi ailəsi ölkənin baş tacı olmalıdır. Biz bunun mənəvi yükünü daşımağı bacarmalıyıq. Elə etməliyik ki, şəhid övladları cəmiyyətdən təcrid olunmasın, atalarının arxasınca gedən olsun. Həyat yoldaşım Raquf Orucov Milli Qəhrəman Şirin Mirzəyevin əsgəri olub. Ş.Mirzəyev Raqufu necə yetişdirdisə, Raquf da özündən sonrakıları o cür yetişdirməlidir”. 
 
Vasif Əlihüseyn
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR