Slimfit
  1. İQTİSADİYYAT

OPEC+ hazırkı azalmanı bir ay uzada bilər

OPEC+ hazırkı azalmanı bir ay uzada bilər
Sakura

OPEC+ hazırkı azalmanı bir ay uzada bilər

 

“Böyük ehtimalla OPEC+ ölkələri bu gün keçiriləcək görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gələcəklər”.

Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətindən biri bildirib.

“Böyük ehtimalla bugünkü görüş sazişin bir ay uzadılması ilə nəticələnəcək. Bu, OPEC+ çərçivəsində ümumi trenddir”,- o əlavə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, iyul-dekabrda 7,7 mln barel, 2021-ci ilin yanvar - 2022-ci ilin aprelində isə 5,8 mln barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.

Bu gün OPEC+ ölkələri nazirlərinin görüşündə hasilatın mövcud səviyyədə azaldılması müddətinin bir qədər də uzadılması müzakirə ediləcək. Bundan öncə yayılan məlumatda Səudiyyə Ərəbistanı və Rusiyanın iyul ayında da azaldılma barədə razılığa gəldiyi, hətta Səudiyyə Ərəbistanın hazırkı səviyyədə azalmanı mümkün olarsa, dekabr ayına qədər uzatmaq istədiyi qeyd edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR