Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Oqtay Güləliyev Güləli oğlu

Oqtay Güləliyev Güləli oğlu
Sakura

DOĞUM TARİXİ: 10/11/1962 VƏFAT TARİXİ: 19/09/1992

10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olur. 1989-cu ildə institutun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayon Daxili İşlər Şöbəsində pasport bölməsinə baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunur. Bu zaman erməni quldurlarının torpaqlarımıza silahlı basqınları intensiv xarakter almışdı. Əhalinin təhlükəsizliyinin təmin edilməsində o, böyük fədakarlıq göstərirdi. Uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. O, Pircahan kəndi yaxınlığında ağır yaralanır. Bir müddət hərbi hospitalda müalicə olunur və yenidən cəbhəyə, öz rotasına qayıdır.

1992-ci il sentyabrın 19-u... Oqtay Güləliyev Laçın dəhlizini götürmək üçün əməliyyat planı hazırlayır. Onlar əvvəlcə Hocaz kəndini, sonra isə Nərgiz yüksəkliyini ələ keçirməli idilər. Düşmənin qüvvəsi üstünlük təşkil edirdi. Rota üzərinə düşən vəzifəni, çətinliklə də olsa, yerinə yetirdi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu, Gorus-Şuşa yoluna açılmış dəhlizə tam nəzarət demək idi.

Oqtayın rotası düşməni çaşbaş salaraq Sus kəndinə enir, oradan isə Qızılca kəndinə qalxır. Bu zaman onlar arxadan atəşə tutulurlar. Başa düşürlər ki, qanları bahasına aldıqları ərazini düşmən yenidən ələ keçirib. Rota çətin vəziyyətə düşür. Mühasirəni yararaq Avazdar yüksəkliyinə qalxıb, oradan da Hocaz kəndinə dönürlər. Elə bu vaxt yenidən mühasirəyə düşürlər. Oqtay yəziyyətin ağır olduğunu başa düşür. Yoldaşlarının bir hissəsini təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına həlak olur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın şəhərində və Piçənis kəndində adına məktəb var

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR