31 may 2020, bazar
.
.
chevron_left chevron_right
AZƏRBAYCANLI

Oqtay Zülfüqarov. Uşaq operaları, operettaları və uşaq baletlərinin müəllifi

Oqtay Zülfüqarov. Uşaq operaları, operettaları və uşaq baletlərinin müəllifi

71 Baxış
Oqtay Zülfüqarov. Uşaq operaları, operettaları və uşaq baletlərinin müəllifi

Oqtay Qədir oğlu Zülfüqarov - bəstəkar, dirijor, violonçelist və pedaqoq, səs rejissoru, Azərbaycanın xalq artisti. Bakıdakı Respublika Xalq Yaradıcılığı Evinin musiqi şöbəsinin müdiri, Azərbaycan SSR Bəstəkarlar İttifaqının baş məsləhətçisi, "Tumurcuq" və "Aysel" uşaq musiqi televiziya teatrlarının bədii rəhbəri olub.

Uşaqlar üçün əsərlərin müəllifidir (200-dən çox mahnı). Teatr və kino üçün musiqi yazıb, xalq mahnılarının işlənməsi ilə məşğul olub. Onun bir çox mahnısı ("Pioner Lider", "Salam, Lider!", "Gənclik Bayramı") milli və ümumittifaq müsabiqələrində  mükafatlara layiq görülüb.

Əsərləri: "Pişik və sərçə", "Meşə nağılı" uşaq operaları; "Qız-ulduz " uşaq opera baleti (1965, Bakı); "Şəngülüm-Şüngülüm, Mengülüm", "Xoruz", "Ona qədər sayıram", "Beşik", "Top oynayaq" uşaq operettaları; uşaq xoru və orkestri üçün "Hazır ol!" kantatası, İnsan və zaman qəhrəmanlıq kantatası  (Ağa Cavad Əlizadənin şeirlərinə), "Hazır ol! " uşaq xoru və orkestri üçün (Teymur Elçinin şeirlərinə), "Tofiq haqqında ballada", "Sumqayıt" simfoniyası, "Şahdağ" simfonik poeması, "Şənlən mənim xalqım!" üverturası, "Yaradana şükür!", violonçel üçün konsert, simli kvartet, fortepiano triosu, fortepiano üçün pyeslər, violonçel və fortepiano üçün poema, klarnet və fortepiano üçün 8 variasiya, səs və fortepiano üçün romanslar (Süleyman Rüstəmin şeirlərinə); uşaq mahnıları toplulaları: "Mənim İlk mahnılarım" (20 mahnı), "Telefon" (10 mahnı), "Daha uca çal, şeypurçu", "Do-re-mi-fa-sol-lya-si" (15 mahnı), " Körpələr üçün "(50 mahnı)," Tütək"(25 mahnı).

 


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: moltes moltes




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X