Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Orqanizmi əzabverici duz yığıntılarından təmizləmənin sadə üsulları

Orqanizmi əzabverici duz yığıntılarından təmizləmənin sadə üsulları
Sakura

Orqanizmi əzabverici duz yığıntılarından təmizləmənin sadə üsulları

İnsan orqanizmində qalaqlanıb, ona əziyyət verən maddələrdən biri də duz yığıntılarıdır. Orqanizmin müxtəlif hissələrinə yığılan duzlar sondradan bir çox xəstəliklərə səbəb olur və dəhşətli ağrılar yaradır. 
 
Lakin orqanizmi təbii üsullarla da duzdan təmizləmək olar.
 
Moderator.az bu metodlardan bir neçəsini təqdim edir:
 
1.Qara turpu yaxşı-yaxşı yuyub, qabıqlı-qabıqlı dezinfeksiyaedici məhlula qoymaq və 15-30 dəqiqə saxlamaq lazımdır. Daha sonra  soyuq suda yaxalayaraq, şirəsıxan maşından keçirib, şirəni ağzı möhkəm qapanan qaba tökün, soyuducuda saxlayıb, gündə 3 dəfə (hər hansı vaxtda) qəbul etmək lazımdır -hər dəfə 30q. 
 
2.Fasilə vermədən 10 kq turpun şirəsini için. Bu müddət ərzində yağlı xörəklər, ət, nişasta, yumurta yemək olmaz. Unutmayın ki, məhz bişmiş xörəklər duzların oynaqlarda və digər orqanlarda yığışmasına səbəb olur. Qida hər vaxt təbii olmalıdır, xüsusilə də müalicə vaxtı. Bərk ağrılar baş verə bilər. Təhlükəli deyil. Bu, o deməkdir ki, xəstəlik izsiz-tozsuz yoxa çıxır. Dərman içməyin. Bişmiş xörəkləri menyudan çıxarsanız-orqanizmə daha heç vaxt duz yığılmayacaq. 
 
3.Quzuqulağı - Nişinin apardığı tədqiqatlar göstərir ki, quzuqulağı turşusunun duzunu yalnız və yalnız quzuqulağı turşusu əridə bilir. Quzuqulağı turşusu isə çiy şəkildə yeyilən tərəvəzdən,meyvədən,şüluldan,göy-göyərtidən,zoğlardan,yarpaq -lardan əmələ gəlir.Təkcə çiy xörəklə ötüşməyə hər adamın hünəri çatmaz. Belələrinə xüsusi resept təklif edirik. Beş dəfnə yarpağının (lavrovı list) üstünə 300 ml qaynar su tökün, zəyif odda 5 dəqiqə qaynadın. Dərhal su ilə bərabər termosa tökün, 4 saat dəmləyin. Mayeni süzüb xırda qurtumlarla için. Bütün mayeni 12 saata bölmək lazımdır.Birdən-birə çox içmək qanaxmaya səbəb olar. Proseduranı üç gün təkrar edin, mümkün olsa, vələmir samanı vannası, ya da iynəyarpaq (xvoy) budaqlarının, yaxud maqnezium duzunun vannasını qəbul edin: 3 gün bağırsağı imalə ilə təmizləmək, kontrast su vannaları və hava vannaları qəbul etmək, Nişinin 6 qaydasına əməl etmək vacibdir. Bir həftədən sonra proseduranı yenidən 3 gün təkrar etmək. Qəbzliyi olan adamlar imaləyə ara verməlidirlər. Birinci il oynaqları hər 3 aydan bir, sonralar ildə 1 dəfə təmizləmək lazımdır. 
 
QEYD: Bu üsullar sağlamlıq məsələləri üzrə mütəxəssis Ərşad Əzimzadəyə məxsusdur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR