Slimfit
  1. MARAQLI

Övladınızın zehnini inkişaf etdirmək üçün 7 üsul

Övladınızın zehnini inkişaf etdirmək üçün 7 üsul
Sakura

Övladınızın zehnini inkişaf etdirmək üçün 7 üsul

Övladınızın yenilik axtarışında olduğunun, çoxlu suallar verdiyinin, hər gördüyü ilə maraqlandığının şahidi olursunuz. Bu zaman sizin öhdənizə düşən övladınızın bu marağını yeni biliklər verməklə qarşılamağa çalışmaqdır. Bu dövrdə uşaqların beyni yeniliklər öyrənməyə açıq olur ki, siz də bu işdə övladınıza dəstək olmağa çalışın.

Bunun üçün sizə aşağıdakı 7 üsulu təqdim edirik.

1.Övladınızın verdiyi sualları cavabsız qoymayın

Yeni biliklər, məlumatlar ötürərək zehni inkişafına kömək olun. Suallarını cavablandırarkən övladınızın yaşını nəzərə alaraq bu məlumatın onun üçün anlaşıqlı olmasını təmin edin.

2.Rəsm üzərində iş

Övladınıza iki rəsm təqdim edərək oradakı fərqlilikləri tapması təlimatını verin. Məsələn, bir birinə çox bənəzəyən, xırda detalları fərqlənən; iki rəsm – bir rəsmdə digərinkindən əlavə bir neçə fərqliəşyaların olması və s. Bu kimi tapşırıqlar uşaqlarda diqqətin inkişafına kömək edər.

3.Yaşına uyğun hər hansı bir rəsmi təqdim edərək bu rəsm üzərindən hekayələr qurmasını istəyin.

Danışdığı hekayədə obrazlara, təqdim etdiyi davranışlara diqqət edin. Bu, övladınız haqqında bir çox məlumatları öyrənmənizə kömək olar. Bu kimi tapşırıqlar övladınızın təxəyyülünün, təfəkkürün, nitqinin inkişafına təkan verər.

4.Hər hansı bir obrazı söz vasitəsilə təsvir edərək onun rəsmini çəkməsi təlimatını verin.

Bu övladınızın təxəyyülünün, hafizəsinin, təfəkkürünün, beyin fəaliyyətinin inkişafı üçün önəmlidir. Bitiridikdən sonra hansıdetalları unutduğuna diqqət edin. Bunu bir neçə dəfə təkrarlaya bilərsiniz. Bunu oyun xarakterli etməniz övladınıza xoş təsir bağışlayar.

5.Təqdim etdiyiniz rəsmdə əksik olan detalları taparaq tamamlamasını bildirin.

Bu zaman övladınızda diqqətin inkişafı, yaradıcı düşünməsi, təfəkkürün inkişafı ön planda olur.

6.Oyun şəklində diqqətin inkişafı

Övladınızın otağa diqqətlə baxmasını istəyin. Daha sonra otaqdan çıxararaq bir neçə əşyanın yerini dəyişin. Daha sonraisə övladınızdan hansı əşyaların yerinin dəyişdiyini tapmasını və yerinə qoymasını istəyin.

7.Kitab oxumaq

lap kiçik yaşlardan önəmlidir.İstər sizin övladınıza kitab oxumanız, istərsədə onun özünün oxuması psixoloji proseslərin inkişafında əhəmiyyətli təsirini göstərir. Hər hansı bir mətni oxuduqdan sonra sizə danışmasını istəyə bilərsiniz.

Bu zaman övladınızda görmə yaddaşının inkişafına dəstək vemiş olursunuz. Siz mətni danışaraq onun yadında qalmasını və sizə danışmasını təmin etdiyiniz zaman isə (eşidərək yadda saxlaması) eşitmə yaddaşının inkişafına kömək edər.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR