Slimfit
  1. KOSMOS

Pakistan kosmosa ilk kosmonavtını göndərməyə hazırlaşır

Pakistan kosmosa ilk kosmonavtını göndərməyə hazırlaşır
Sakura

Pakistan tarixində ilk dəfə bir kosmonavt fəzaya göndəriləcək.

Ölkə.Az” TRT-yə istinadən xəbər verir ki, bunu Pakistanın elm və texnologiya naziri Favad Çaudri sosial media hesabından verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, 2020-ci ilin fevral ayına qədər 50 nəfərlik namizəd kosmonavt siyahısı hazırlanacaq və sınaqlardan sonra bu rəqəm 25-ə endiriləcək:

“İlk kosmonavtlarımız fəzaya 2022-ci ildə göndəriləcək. Bu, Pakistan kosmos tarixinin ən böyük elmi addımı olacaq. Namizəd kosmonavtların seçim və təlimləri Pakistan Hava Qüvvələri (PAF) tərəfindən aparılacaq. PAF-ın təlimlərindən keçən bir kosmonavt seçiləcək”.

Çaudir sözlərinə əlavə edib ki, Pakistan kosmonavtını Çindən göndərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR