Slimfit
  1. SİYASƏT

Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Sakura

Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

 

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Pakistan və Azərbaycan arasında ortaq inanc, irs və mədəni yaxınlıq kimi möhkəm təməllərə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Cəmmu və Kəşmir, həmçinin Dağlıq Qarabağ məsələlərində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yaxın strateji tərəfdaşlığımızın təzahürüdür. Mövcud mükəmməl qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün gələcək illərdə də Zati-alinizlə əməkdaşlığı davam etdirməyi arzulayıram.

Yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı sülh, inkişaf və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR