Slimfit
  1. İDMAN

Palata: 300 mindən artıq vətəndaşın kreditlərin restrukturizasiyası ilə bağlı siyahısı müəyyən edilib

Palata: 300 mindən artıq vətəndaşın kreditlərin restrukturizasiyası ilə bağlı siyahısı müəyyən edilib
Sakura

Palata: 300 mindən artıq vətəndaşın kreditlərin restrukturizasiyası ilə bağlı siyahısı müəyyən edilib

“Bu günə qədər 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib”. 

Report”un Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədardır.

Məlumatda deyilir ki, bu il oktyabrın 1-nə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633,2 milyon manat həcmində ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir.

Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204,9 mln. manatdan çox təşkil edib. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb.

Həmin tarixə 76 334 borcalanın 153,8 mln manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.

Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.pk.fimsa.az) da istifadəyə verilmişdir. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmuşdur. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.

Bütövlükdə, oktyabrın 15-i tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olmuşdur ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılmış, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR