Slimfit
  1. MƏDƏNİYYƏT

Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert təşkil edilib

Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert təşkil edilib
Sakura

Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert təşkil edilib

Ens.az xəbər verir ki, Parisin 4-cü rayonunun Müqəddəs Lüdoviq kilsəsində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev və tanınmış fransız dirijoru Salvitri de Rochefortun rəhbərliyi ilə “Zoroastr” ansamblının konserti olub.

Konsertin əvvəlində Paris Vokal Ansamblı Assosiasiyasının sədri və “Zoroastr” ansamblının sponsoru Jerar Pedraglio Azərbaycan, onun tarixi və coğrafiyası, eləcə də Əyyub Quliyev və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

İki hissədən ibarət konsertdə İohan Sebastyan Bax və Volfqanq Amadey Motsartın əsərləri səsləndirilib.

Qeyd edək ki, “Zoroastr” ansamblının repertuarına daha çox XVIII əsr və XIX əsrin birinci yarısında yazılmış musiqi əsərləri daxildir. Ansamblda müxtəlif xalqları təmsil edən ifaçılar yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR