Slimfit
  1. MEDİA

Paşinyandan yeni yalan vədlər: Çin iqtisadiyyatını da geridə qoymaq istəyir - Şərh

Paşinyandan yeni yalan vədlər: Çin iqtisadiyyatını da geridə qoymaq istəyir  - Şərh
Sakura

Paşinyandan yeni yalan vədlər: Çin iqtisadiyyatını da geridə qoymaq istəyir - Şərh

"Ermənistanda ümumi daxili məhsul (ÜDM) qarşıdakı 30 il ərzində 15 dəfə artacaq. 2024-cü ildə ÜDM-in həcmi 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacaq".

Bu fikirlər ötən ay Ermənistanın Baş naziir Nikol Paşinyanın "məxməri inqilab" zamanı xalqa verilən vədlərin yerinə yetirilməsi məqsədilə elan etdiyi "Ermənistan 2050 – İnkişaf Strategiyası" adlı sənəddə yer alıb.

Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu, olduqca şişirdilmiş və heç bir perspektivi olmayan hədəfdir. Beynəlxalq təşkilatların verdiyi proqnozlara əsaslanmayan inkişaf konsepsiyası qısamüddətli dövrə hədəflənmiş populist addım hesab edilir. Belə ki, sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun proqnozları arasında ciddi fərqlər var.

İqtisadçı-ekspert Elşad Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, əslində, Nikol Paşinyanın 2050-ci ilə kimi Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı strateji "hədəflər"i müəyyən etməsi peşəkar yanaşmada açıq-aşkar populist çıxışlı bir sənəd kimi dəyərləndirilə bilər:

"Çünki 30 il ərzində ÜDM-in 15 dəfə artımı Ermənistan iqtisadiyyatının potensialına, hazırkı inkişaf dinamikasına və perspektivinə hec cür uyğun gəlmir. 30 il ərzində heç Çin iqtisadiyyatı belə nəticəyə nail ola bilməyib. Ölkədə ÜDM-in 15 dəfə artması üçün investisiyalar 30-35 dəfə artmalıdır. Ermənistan iqtisadiyyatında isə buna yaxın rəqəmlər yoxdur.

Hesab edirəm ki, Nikol Paşinyan hökuməti çətinliklərlə üzləşir və bu çətinliklər indiyə kimi verdiyi vədləri yerinə yetirə bilməməsi ilə bağlıdır. İndi də daha uzunmüddəfli hədəflər götürülür ki, o dövrdə indiki hökumət rəhbərlərindən heç kim vəzifədə olmayacaq və 30 il bundan sonraya proqnozlar verərək, Ermənistan cəmiyyətini çaşdırmaq niyyəti güdülür".

Ekspert qeyd edib ki, Ermənistanın vəd etdiyi daha qısamüddətli proqnozlarda reallıq əks etdirilmir:

"Çünki Ermənistanda qısa müddətdə ÜDM-in 22 milyard dollara çatması mümkün deyil. Ermənistan iqtisadiyyatının son 10 ildəki dinamikasına baxsaq görərik ki, buna yaxın rəqəmlər belə yoxdur. Son illərdə müşahidə edilən artım da ondan əvvəlki dövrdə kəskin azalmadan sonra baş verib.

Buna görə də sistemli təhlil edəndə görmək olar ki, son 10 ildə faktiki olaraq hər hansı ciddi artımın olması qeyri-mümkündür. Bu açıqlama real iqtisadi təhlilə söykənmir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR