Ens.az
14 dekabr 2019, şənbə
.
.
chevron_left chevron_right
TƏBİƏT

Paucidentomys vermidax - Yeganə dişsiz gəmirici

Paucidentomys vermidax - Yeganə dişsiz gəmirici

1307 Baxış
Paucidentomys vermidax - Yeganə dişsiz gəmirici

İndoneziya adası olan Sulavesidəki tropik meşədə balaca gözləri, böyük qulaqları və uzun burnu olan Paucidentomys vermidax gəmiricisi yaşayır. Latın dilindən onun adı “dişsiz siçovul” kimi tərcümə olunur. Həqiqətən də bu gəmiricinin demək olar ki, dişləri yoxdur.

Paucidentomys vermidax ancaq yuxarı iki kəsici dişə malikdir ki, bunlar da ona rasionundakı yeganə komponenti - yağış soxulcanlarını yeməyə imkan verir. Əgər heyvan soxulcanı tuta bilirsə o onu ilk əvvəl sorur, kəsici dişləri ilə bölür, daha sonra isə tüpürür. Ancaq bundan sonra alınmış məhlulu yeyir.

Hazırda Paucidentomys vermidax gəmirməyi bacarmayan yeganə gəmiricidir. Onu 2012-ci ildə aşkar ediblər, lakin indiyə qədər alimlərə onun vərdişləri və həyat tərzi məlum deyil.

 

Müəllif: Famil Ələkbərov





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
H.Z.Tağıyevin imzası.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X