Slimfit
  1. ELM

Pendir beyinə heroin kimi təsir göstərir - alimlər

Pendir beyinə heroin kimi təsir göstərir - alimlər
Sakura

Pendir beyinə heroin kimi təsir göstərir - alimlər

Ens.az xəbər verir ki, hər kəsin sevdiyi və populyar məhsul və yeməklər beyinə narkotik kimi təsir edir və asılılıq yarada bilər. Bu nəticəyə Miçiqan Universitetinin mütəxəssisləri gəliblər.

İki araşdırma zamanı alimlər təxminən 500 insanın məlumatlarını analiz ediblər. Birincidə könüllülər müəyyən məhsullardan asılılığını qiymətləndirməli (məsələn: bu suala cavab vermək: “Mənim onlara nə dərəcədə ehtiyacım var”), həmçinin asılılıq yaradanlardan 35-ni seçməli idilər. İkinci araşdırma zamanı sınaqda iştirak edənlərə imtina çətinliyi dərəcəsinə görə məhsullardan hər birini qiymətləndirmək tələb olunurdu.

Nəticələr həqiqətən təəccüblü idi. Aydın oldu ki, asılılıq yaradan məhsullar arasında pizza (pendir və istehlak prosesinin özünün sayəsində) liderdir. Sonra şokolad, çips və peçenye gəldi. Çizburger və adi pendiri eksperimentin iştirakçıları “cəlbedici” adlandırdılar.

Araşdırma müəlliflərinin fikrincə, səbəb məhsul və yeməklərin tərkibindədir: asılılığın olub-olmamasından asılı olmayaraq tərkibində yağın miqdarına çox olduqca onlar daha çox asılılıq yaradır.

Elmi qrupun rəhbərlərindən biri olan Nil Barnard qeyd edir ki, pendir ona görə asılılıq yaradır ki, onun tərkibində süd məhsulları parçalandıqda orqanizmdə kazomorfin ifraz edən kazein zülalı var. Onlar da öz növbəsində heroin və morfin kimi sakitləşdirici təsir göstərən beynin opiat reseptorlarına qoşulur. “Pendir kazomorfinin inanılmaz konsentratlı mənbəyidir, onu süd kreki adlandırmaq olar”, - alim bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR