Slimfit
  1. CƏMİYYƏT

Pensiya sistemində yeniliklər olacaq

Pensiya sistemində yeniliklər olacaq
Sakura

Pensiya sistemində yeniliklər olacaq

Hərbi qulluqçulara da pensiya avtomatik şəkildə təyin olunacaq.

SPACE TV xəbər verir ki, bu yenilik “Pensiya sisteminin yeni inkişaf konsepsiyası”na uyğun olaraq tətbiq ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin sözlərinə görə, sosial sığorta prinsipi vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının geri qaytarılmasıdır: “Bizdə isə hazırda bu prinsipdən bəzi kənarlaşmalar var. Konsepsiyanın məqsədi də pensiya qanunvericiliyinin tam islahatını həyata keçirmək və sosial sığorta prinsipinin tam gücləndirilməsinə nail olmaqdır”.

Hazırda yaşa və əlilliyə görə pensiya elektron qaydada təyin olunur. Lakin hərbi qulluqçular, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiyaları elektron qaydada təyin edilə bilmir. İslahat nəticəsində bəzi pensiya növlərinin də elektronlaşması mümkün olacaq.Konsepsiyaya əsasən, ailə başçısını itirməyə görə pensiya da avtomatik qaydada təyin olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR