Slimfit
  1. MARAQLI

Peruda kişi arvadını Google Maps-də başqası ilə görəndən sonra boşandı

Peruda kişi arvadını Google Maps-də başqası ilə görəndən sonra boşandı
Sakura

Peruda kişi arvadını Google Maps-də başqası ilə görəndən sonra boşandı

Kişi Google Maps ilə marşrut qurarkən təsadüfən bildi ki, onun arvadı 5 il müddətində onu aldadırmış.

Aldatmaq yaxşı deyil. Bunu əlbəttə ki, hər kəs bilir. Bu təkcə mənəvi nöqteyi-nəzərdən deyil, həmçinin ona görə ki, yalanı gizlətmək elə də asan deyil, onu istənilən xırda məsələ aça bilər. Məsələn: onlayn xəritələrin panoramaları üçün çəkilişlər edən kameralar. Bəli, ciddi deyirik. Bu panoramalara çox şey düşür, Perunun paytaxtı olan Limadan olan cütlüyün isə bu boşanmasına səbəb olub və bu belə baş verib: kişi marşrut qurarkən küçələrin panoramalarına baxırmış. Bu zaman bir çəkiliş onun diqqətini cəlb edir, axı o bu çəkilişdə öz arvadını tanıyır. Amma o qadın orda tək deyildi.

Kişi marşrutu planlaşdırırdı və öz arvadının yad kişi ilə çəkilişini görür.

Şəklil 2013-cü ilə aid idi, əri onu paltarına görə tanıdı.

5 illik gizli saxlanılan yalan da bununla açıldı. Əlbəttə ki, kimsə bunun çoxdan olduğunu və keçmişdə qaldığını deyə bilər. Bu kişi üçün xəyanət və yalanın müddəti rol oynamır.

Qadının etirafından sonra cütlük boşandı.

Nə edək, ümid edirik ki, ayrılıqda bu insanlar birlikdə olduğundan xoşbəxt olacaq. Gizli hər şeyin nə vaxtsa açılacağı mövzusu üçün əla nümunədir.

 

Mənbə: 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR