Slimfit
  1. BİOQRAFİYA

Pərviz Oqtay oğlu Şahbazov

Pərviz Oqtay oğlu Şahbazov
Sakura

Azərbaycan Respublikasının Energetika naziri

Pərviz Oqtay oğlu Şahbazov (d. 24 noyabr 1969, Bakı, Azərbaycan SSR, SSRİ) — dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziri.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur.

12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib. İngilis, alman və rus dillərini bilir.

Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR