Slimfit
  1. DİN

Peyğəmbərin sevdiyi şair

Peyğəmbərin sevdiyi şair
Sakura

(Əli Rzazadənin araşdırması)

Əbu Leyla Nabiğə Cadi (568-684) ildə Nəcd vilayətinin  cənubunda yerləşən Fələcdə dünyaya gəlmiş səhabə və ərəb ədəbiyyatı şairlərdən biridir. Ömrünün bir hissəsini cahiliyyət dövründə (İslamaqədərki dövr) yaşasa da, o dövrün qaydalarına (bütpərəstlik, içki, qumar və s..) qarşı çıxmış, ictimai təhlükəli olan bu kimi adətlərə qarşı təbliğat aparmışdır. İslamın zühurundan sonra isə İslam dinini qəbul etmişdir. Cahiliyyət dövründə xalq arasında Əbu Leyla (Leylanın atası) künyəsi ilə tanınmış məşhur şair, müsəlman olduqdan sonra  “Nabiğə” (yəni qəfildən parlayan) adı ilə məşhurlaşdı.

630 cu ildə öz qəbiləsinin tanınmışları ilə birlikdə Həzrəti Məhəmmədlə görüşə hələn heyətin içində  şair, 200 beytlik “Raiyyə” adlı qəsidəsini Peyğəmbərin hüzurunda oxumuşdur. Tarixçilər qeyd edir ki,  qəsidəsində

بلغنا السماء مجدنا وجــدودنا              وإنا لنرجو فوق ذلك مظهرا

“Şərəf və əsalətimiz bizi göylərə yüksəltdi,

amma biz bundan da uca bir məqam arzulayırıq” cümləsini oxuduqda,  Həzrəti Məhəmməd  ondan “o hansı məqamdır, Əbu Leyla?” deyə soruşmuşdur. Nabiğə “Cənnət” deyə cavab verdikdə, Peyğəmbər “bəli..İnşallah” deyərək onu təqdir etmişdir. Bu görüşdən sonra şair, Həzrət Məhəmmədin daha çox sevgisini qazanmışdır. Peyğəmbər vaxtaşırı onun qəsidələrini dinləmiş və arasıra ona şerlər oxumasını xahiş etmişdir. Həzrət Məhəmməd Nabiğəni, Hassan ibn Sabitin şerlərindən az dinləmirdi.

 Bu görüşdən sonra böyük şair Nabiğə öz yurduna qayıtmamış, Mədinədə şəhərində qalmışdır. Həzrət Məhəmmədin vəfatından sonra yenə də öz ədəbi yaradıcılığı vasitəsilə cəmiyyətdə doğruluq, dürüstlük, haqq və ədalət haqqında təbliğat xarakteli əsərlər ortaya qoymuş bu qələm adamı, haqq uğrunda savaşlarda da iştirak etmişdir. İmam Əli bin Əbutalibin xilafəti dövründə leqal hakimiyyətə qarşı üsyan edən Şam Valisi I Müaviyyə arasında baş verən Siffeyn döyüşündə İmam Əlinin tərəfindən döyüşmüşdür.

Müaviyyənin saray şairi Kaab ibn Cueyl ilə münazirələr (deyişmə) aparırdı. Lakin münazirələrində qarşı tərəfdən fərqli olaraq ədəb, əxlaq, etik qaydalara riayət etdiyi üçün kənardan məğlub görünürdü.  

Müaviyyənin xilafəti döründə xəlifə tərəfindən İsfahana göndərildi (sürgün edildiyi ehimal edilir). İsfahanda yaşayarkən gözlərini itirdi və  684-ci ildə orada vəfat etmişdir.

Nabiğənın məşhur qəsidələrindən birinin orjinal  mətni və  nəsr tərcüməsi:

ألحمد لله لا شريك لك له مَن لم يقّلها فنفسه ظلما

-المولج اللّيل في النّهار و في اللّيل نهاراً يُفرّج الظّلما

-الخافض الرافع السّماء على الأرض ولم يبْن تحتها دعما

-الخالق البارئ المُصوّر في الأرحام ماءً حتّى يصير دما

-من نُطْفة قدَّها مُقدِّرُها يخْلُقُ مِنْها الأبْشارَ و النَّسَما

-ثُمّ عِظاماً أقامَها عَصَبٌ ثُمّتَ لَحْماً كَساهُ فَالْتَأما

-ثُمّ كَسا الرِّيش و العَقائِق أبْشاراً و جلْداً تَخالُه أدَما

-والصّوْت والَّوْنَ والْمِعايِش ولأخْلاق شَتّى وفَرّق الكلِما

-ثُمَّت لاَ بُدّ أنْ سَيَجْمعُكُم واللهِ جَهْراً شَهادَةً قَسَما

-فَا ئْتمِرُوا الآن ماَ بدَا لكُم واعْتَصِمُوا إنْ وجَدْتُمُ عِصما

-في هذه الأرْض والسّماء ولا عِصمة مِنه إلاَّ لِمَن رحِما

-يا أيّها النّاس هَل تَرَوْنَ إلى فارِسَ بَادتْ و خدّها رغِما

-أمْسَوْا عَبِيدًا يَرعَوْنَ شاءَكُم كأنّما كانَ مُلكُهمْ حُلُما

-مِن سَبَأ الحَاضِرِين مآرِبُ إذْ يَبْنونَ مِنْ دون سَيلِهِ العرِما

-فمُزِّقوا في البِلاد واعْتَرفُوا الْهَوْنَ و ذَاقُوا البأْسَاءَ والعَدم

-وبُدِّلوا السِّدرَ والأراكَ بِهِ الخمط وأضْحى البُنْيان مُنْه

 

 

“Hamd və səna, şəriki olmayan Allaha məxsusdur, bunu deməyən özünə zülm edir.  

O, gecəni gündüzə, gündüzü gecəninin içinə salır, qaranlığı ayıdnladır.

Səmanı yüksəldən, yeri endirən odur. O, səmanın altına dirək qoymamışdır.

Yaradan, nöqsansız var edən, bətnlərdə suyu qan olan halda şəkilə salandır o.

Təqdir edənin (Tanrının) müəyyən etdiyi miqdarda nütfədən canlar, nəfəslər yaradır.

Sonra üstü damarlarla örtülmüş sümüklər yaradır, daha sonra onu ətlə örtür, ətlə sümük bir-birinə yapışır.

Sonra başı cild və tüklə örtər və sən onu dəri hesab edirsən.

Sonra ona səs, rəng, həyat və müxtəlif xasiyyətlər verir, hər kəsin danışığını  bir birindən ayırır.

Sonra sizi anda şahid olaraq, nmütləq bir yerə toplayacaqdır.

İndi gördüklərinizi düşünün və mübahisə edin. Əgər yerdə və göydə sarılacaq (tutacaq) başqa bir qulp tapa bilirisnizsə, ondan yapışın.

Onun mərhəmətindən başqa heç kimə xilas yoxdur.

Ey insanlar, məgər görmürsünüzmü Farslar istəməslərdə yox oldular?

Sanki səltənətləri yıxılmış, qoyunlarınızı otaran çobanlar oldular.

Yaxud Ərim seilindən xilas olmaq üçün Məarib səddi tikən Səbələri görmürsünüzmü?

Onlar da darmadağın oldular, boyun əyməyi qəbul etdilər və səfaləti daddılar.

Orada əllərindən sədr və misvak ağacları alınaraq onun yerinə acı ağaclar verildi. Beləliklə binaları yıxıldı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR