Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

POLAD iradəli MÜBARİZ Vətənpərvərlərik!!! - Onlayn layihə

POLAD iradəli MÜBARİZ Vətənpərvərlərik!!! -  Onlayn layihə
Sakura

Ordumuza dəstək məqsədilə onlayn layihə keçirilib

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini  iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Silahlı Qüvvələrimiz düşmənin cavabını layiqli şəkildə verərək onların növbəti təxribatının qarşısını alıblar.  Döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və müxtəlif rütbəli hərbiçilərimiz qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəliblər. 

Qısamüddətli döyüşlər zamanı ölkəmizin hər yerində minlərlə vətəndaşımızın iştirak etdiyi izdihamlı aksiyalar keçirilib, ordumuza  dəstək ifadə olunub. Yaşından, sosial mənşəyindən asılı olmayaraq əhalinin bütün təbəqələrindən olan insanlarımız  əllərində üçrəngli bayrağımızı tutaraq küçələrə axışıb, meydan və prospektləri doldurub və  "Qarabağ", "Qarabağa azadlıq" “Vur keç səngəri, Azərbaycan əsgəri” və digər vətənpərvərlik şüarları səsləndiriblər. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin son mənzilə yola salınmaları da minlərlə vətəndaşın iştirakı ilə keçirilib, onların xatirəsi bütün ölkədə ehtiramla yad olunub.

Erməni təxribatı dəf edildikdəın sonra ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində addımlar atılır. Söz yox ki, bu hadisələr vətənini, torpağını sevən hər bir vətəndaşı narahat etməyə bilməz. Odur ki, müxtəlif peşə sahibləri, iş adamları, adi vətəndaşlar şəhid olan hərbiçilərimizə öz ehtiramlarını müxtəlif üsullarla ifadə edir, çeşidli layihələr həyata keçirirlər. 

Bu cür nəcib təşəbbüslərdən birinə bugünlərdə ADMİU-nun müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilova imza atıb. Paytaxtımızın müxtəlif orta məktəblərində təhsil alan şagirdlərin və musiqi müəllimlərinin  iştirakı ilə qəhrəman əsgərlərimizə dəstək olmaq məqsədilə online layihə həyata keçirilib. 

Layihədə  Bakı şəhəri üzrə 7, 32, 68, 71, 116 ,201, 261, 263, 288, 306, 313, 328 və 329 saylı  orta ümumtəhsil məktəbləri, S.C.Pişəvari adına  Respublika Humanitar fənlər gimnaziyasının şagirdləri və musiqi müəllimləri: Məcidova Xatirə, Verdiyeva Samirə, Rzayeva Elnurə, Qurbanova Məryəm, Əliyeva Şəhla, Səlimova İradə ,Süleymanova Zərifə, Məmmədova Zərifə, Qasımova Yeganə, Hacıyeva Natəvan, Heydərova Nailə, Ağamoğlanova Almaz, Bədəlova Sevinc, Əliyeva Könül, Mirbağırova Şəhla iştirak ediblər. 

Online layihənin əsasını  C.Quliyev və Ə.Kaminin ərsəyə gətirdikləri  “Əsgər marşı” təşkil edib. Layihədə olduqca böyük həvəslə iştirak edən şagirdlər ayrı-ayrılıqda səs yazılarını və video görüntülərini göndəriblər. Müəyyən hallarda bəzi şagirdlər hətta bir neçə video və səs yazısı yollayıblar. Yekunda toplanan materiallar təhlil olunub və  rejissor Xalid Dadaşov  maraqlı və təsirli  video-çarx hazırlayıb. Nərmin Kamilova layihədə həm də dirijor olaraq iştirak edib. Nəticədə kiçik yaşlı məktəblilərimizin əllərində Azərbaycan bayrağını tutaraq “Əsgər Marşı” oxumaları olduqca yaddaqalan süjetə çevrilib.

Müharibə şəraitində yaşayan ölkəmizdə müəllimlərin  pedaqoji işinin əsasını   şagirdləri vətənpərvər ruhda yetişdirməkdir. Müəllim və şagirdlərimizin işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə əsgər və zabitlərimizə dəstəklərini ifadə etmələri isə ən xoş sözlərə layiqdir. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR