Slimfit
  1. AVTO VƏ MOTO

Porsche 992 ailəsini tam ötürməli Carrera ilə zənginləşdirib

Porsche 992 ailəsini tam ötürməli Carrera ilə zənginləşdirib
Sakura

Porsche 992 ailəsini tam ötürməli Carrera ilə zənginləşdirib

Bu gün Frankfurta işinə başlamış avtosalonda 992 ailəsinin yeni fərdləri debüt edib. Bu, baza mühərriki və tam ötürməli çəkiş sisteminə malik olan Porsche 911 Carrera 4 kupe və kabrioletidir.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Porsche 911 Carrera 4 modelinin təchiz edilidyi 3,0-litrlik altısilindrli biturbomühərriki 385 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Yeni mühərrik əvvəlkindən 15 at qüvvəsi güclü olub. Transmissiya alternativsiz səkkiz pilləli iki muftalı PDK "robotu" və ön oxu qoşan gücləndirilmiş muftadan ibarətdir. Mufta ön differensial kimi maye ilə soyutma sisteminə malikdir.

Porsche 911 Carrera 4 kupesi 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir. Bu. "robot" ilə təchiz edilmiş əvvəlki modeldə olduğundan 0,3 saniyə yeyindir. Ekstremal Sport Chrono dəstinin sifarişi halında sürətlənmə 3,8 saniyəyə həyata keçirilir. Kabriolet kuzovlu model isə, kupedən 0,2 saniyə yavaşdır. Kupenin maksimal sürəti 290 km/saat, kabrioletin isə, 288 km/saatdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR