Slimfit
  1. AVTO VƏ MOTO

Porsche-dən hibrid universal

Porsche-dən hibrid universal
Sakura

Porsche-dən hibrid universal

Porsche şirkəti universal Panamera Turbo S E-Hybrid Sport Turismo-nun sirrini açıb. Yenilik 4,0-litrlik benzin V8 və elektrik mühərriki ilə təchiz edilir. Mühərriklərin ümumi gücü 680 a.g.-dür. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bu cür güc qurğusu ilə idman universalı 100 km/saata 3,4 saniyəyə sürətlənə bilər. Maksimal sürət 310 km/saatdır. Panamera Turbo S E-Hybrid Sport Turismo yalnız elektrik qurğu ilə 49 km məsafə qət edə bilər. Akkumulyator 2 saat yarımdan 6 saata qədər tam dolur.

Avtomobil liftbek Panamera-nın bazasında yığılıb və 2012-ci ildə təqdim edilmiş eyniadlı konseptin üslubunda dizayn alıb. 4+1 formullu universal uzun və rəvan dam, o cümlədən kəsilmiş arxa dayaqlar alıb. Baqajın həcmi 425 litrdir. Arxa oturacaqlar yığıldıqda bu, 1295 litrə bərabər olur.

Universal hərəkətdən və seçilmiş rejimdən asılı olaraq tənzimlənə bilən yığılan spoyler alıb. Sürücü kruiz-kontrol və elektron sistemlərdən istifadə edə bilir.

Avtomobil hazırda Avropada sifariş edilə bilər.

AUTO.AZ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR