Slimfit
  1. AVTO VƏ MOTO

"Porsche" yeni elektromobilini təqdim etdi

"Porsche" yeni elektromobilini təqdim etdi
Sakura

"Porsche" yeni elektromobilini təqdim etdi

Alman avtomobil brendi "Porsche" yeni modelini təqdim edib.

TASS xəbər verir ki, eyni zamanda dünyanın üç ölkəsində keçirilən təqdimat ABŞ, Almaniya və Çində baş tutub.

"Taycan" adlanan yeni model elektromobildir və tamamilə elektrik enerjisinin gücü ilə işləyir.

Ekoloji təmiz olduğu üçün şirkət təqdimatlarda bu nüansa diqqət çəkmək məqsədilə mərasimləri ABŞ-da Niaqara şəlaləsi yaxınlığında, Çində külək enerji stansiyası ətrafında, Almaniyada isə günəş enerji stansiyası yaxınlığında keçirib.

"Porsche"nin digər elektromobillərdən fərqi lüks olması və yüksəksürətli batareya doldurulması olacaq. Modelin qiyməti isə komplektasiyaya görə dəyişərək, 100 minlə 189 min avro arasında olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR