17 fevral 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

117 Baxış
Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə etdi. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışdı və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd etdi.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik etdi. Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirdi.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim etdi.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X