Slimfit
  1. SİYASƏT

Prezident: "Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır"

Prezident: "Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır"
Sakura

Prezident: "Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır"

"BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın enerji sisteminə daxil ediləcəyini vurğulayan dövlət başçısı bildirib: “Eyni zamanda biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal Terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR