Slimfit
  1. CƏMİYYƏT

Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi

Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi
Sakura

Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.

Axar.az xəbər verir ki, iclası giriş sözü ilə açan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib.

O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir:

“İslahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 25-ci yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb”.

Azərbaycan Banklar Assosiasiyasının və bankların təmsilçiləri çıxış edərək, Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə maliyyə-bank sektoru ilə bağlı qaldırdığı məsələləri və iradları əsas götürərək, istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artımı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR