Slimfit
  1. CƏMİYYƏT

Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”

Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”
Sakura

Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”

Azərbaycana iki milyon əhali üçün dörd milyon dozada vaksin sifariş olunub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, vaksinlər hər kəsə iki dozada vurulacaq:

“Vaksin bir insana iki dozada vurulucaq. “Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə dörd milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, şirkət istehsal etdikcə qalanları da gətiriləcək. Vaksinləri alıb saxlamağın mənası yoxdur. Vaksinasiya başlasın, mərhələli şəkildə bu proseslərə baxılacaq”.

“Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün iki milyon dozanın alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var. Eyni zamanda virusa yoluxub sağalan insanlara vaksin vurulmur. Çünki onlarda artıq immunitet yaranıb. Beləliklə növbəti aylarda da yoluxub-sağalanlar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu, bizə kifayət edəcək”, - deyə Ş.Mövsümov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR