Slimfit
  1. CƏMİYYƏT

Prezidentin özünə köməkçi təyin etdiyi gənc kimdir? – Dosye

Prezidentin özünə köməkçi təyin etdiyi gənc kimdir? – Dosye
Sakura

Prezidentin özünə köməkçi təyin etdiyi gənc kimdir? – Dosye

Prezidentin özünə yeni köməkçi təyin etdiyi Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub.

Axar.az xəbər verir ki, o, 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb, ixtisasca iqtisadçıdır.

2003-2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr diplomuna yiyələnib.

1995-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005-2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən yeni təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışırdı.

2006-2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün hökumət Komissiyasının sədri olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2017-ci il 5 aprel tarixindən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

İngilis, fransız, rus, türk dillərini bilir.

Evlidir, üç övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR