Slimfit
  1. DÜNYA

Prezidentlərin görüşündə "elektrik bitdi”

Prezidentlərin görüşündə "elektrik bitdi”
Sakura

Prezidentlərin görüşündə "elektrik bitdi”

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun görüşüblər.

 

Bizimyol.info xəbər verir ki, RİA “Novosti”nin verdiyi məlumatına görə, prezidentin Soçidəki iqamətgahinda baş tutan tədbirdə baş nazirlər Dmitri Medvedev və Sergey Rumas, həmçinin Rusiya və Belarus hökumətlərinin üzvləri iştirak ediblər. Heyətlər Birlik Dövlətində inteqrasiyanı dərinləşdirməyi müzakirə edəiblər.

Görüş zamanı gözəlilməz anlar yaşanıb. Belə ki, işıqlar qəflətən sönüb.

Elektrik enerjisinin kəsilməsi liderlərin giriş nitqi bitən ana təsadüf edib.

Bu zaman Putin zarafatla:"Elektrik bitdi”, - deyib.

Lukaşenko da ona zarafatla cavab verərək, “bunun hamısı Dima Peskovun işidir, mən bilirəm”, - söyləyib.

Liderlərin zarafatları nümayəndə heyətlərinin gülüşünə səbəb olub və onlar danışıqları davam etdiriblər.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR