Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Professor xəbərdarlıq etdi - Bir kasa qatıq və bir alma...

Professor xəbərdarlıq etdi - Bir kasa qatıq və bir alma...
Sakura

Professor xəbərdarlıq etdi - Bir kasa qatıq və bir alma...

Trakya Universitetinin Qida Mühəndisliyi professoru Hacı Güleç "Prebiotiklər: Sağlamlığımıza təsiri, İstehsalı və Biotexnoloji Tədqiqatlar" adlı konfransda probiotik və prebiotik konsepsiyaların qarışdırıldığını söyləyib.

Publika.az xəbər Türkiyə mətbuatına istinadən verir ki, professor bir kasa qatıqdan sonra bir ədəd alma yeməyi məsləhət görüb:

"Probiotiklər kefir və süd məhsullarında canlı orqanizmdir, onları qidalandıran təbii əlavələrdir. Probiotik və prebiotik balansını düzgün qidalanma ilə təmin edə bilərik. Məsələn, bir kasa qatıqdan sonra mütləq bir alma yemək lazımdır. Alma, yaşıl tərəvəzlər, çuğundur və yer alması ilə bədənimizə faydalı olan probiotiklər və prebiotiklər qəbul edə bilərik".

Arıqlamaq və ya çəkini stabil saxlamaq üçün bəzən pəhrizlərdə yalnız süd məhsullarına yer verilməsinə mütəxəssis belə münasibət bildirib 

 "Bu zaman probiotik mikroorqanizmi bağırsaqlarda ölür. Heç bir fayda görmürük. Yalnız probiotik kifayət deyil. Probiotiklər və prebiotiklərin birlikdə istifadəsi böyük rol oynayır. Arıqlamaq üçün düzgün qidalanın. Düzgün qidalanma sayəsində həm çəkini nəzarətdə saxlamaq, həm də arıqlamaq mümkündür".
Mənbə: Olaylar.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR