Slimfit
  1. PSİXOLOGİYA

Psixoloqlar xoşbəxtlik sirrini açıqladılar

Psixoloqlar xoşbəxtlik sirrini açıqladılar
Sakura

Psixoloqlar xoşbəxtlik sirrini açıqladılar

Ətrafdakı hər şeyin birliyinə inanan insanlar özlərini daha xoşbəxt hiss edirlər. Bu, Amerika psixologiya assosiasiyasının təqdim etdiyi araşdırmada öz əksini tapıb.

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspertlər qeyd edirlər ki, birlik anlayışına inam hər bir insanın həyatdan razılığını artırır. Bu nəticə təxminən 75 insan arasında keçirilən sorğuya əsaslanır.

Təbiətlə və ətrafdakı insanlarla əlaqə hiss edilməsi, eləcə də empati duyğusu aşağıdakılarla razılaşanlar arasında ən açıq şəkildə ortaya çıxır:

* İnanıram ki, dünyada hər şey ümumi prinsipə əsaslanır.

* Dünyadakı bütün şeylərin ümumi bir mənbəyi var.

* Mən hesab edirəm ki, dünyada hər şey bir-biri ilə bağlıdır.

* Mən hər şeyin təməlində, ilahi prinsip olduğuna inanıram.

* Dünyada hər şey bir-biri ilə bağlıdır və bir-birindən asılı olur.

Birlik hissi dinindən, cinsindən və yaşından asılı olaraq müxtəlif şəkildə dəyişir.

Birlik anlayışına ən yüksək inam səviyyəsi müsəlmanlarda, ən aşağı səviyyə ateistlərdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR