Slimfit
  1. ELM

Qadın beyni təklikdə, kişi beyni isə kollektivdə daha yaxşı işləyir

Qadın beyni təklikdə, kişi beyni isə kollektivdə daha yaxşı işləyir
Sakura

Qadın beyni təklikdə, kişi beyni isə kollektivdə daha yaxşı işləyir

Deyirsiz qadınlar kollektiv məxluqdur, kişilər isə individual? Alimlər gözlənilməz təkzib tapıblar Qadınlar çətin tapşırıqları individual şəkildə, kişilər isə kollektivdə daha effektiv həll edirlər. Bu nəticəyə amerikalı alimlər böyük miqyaslı sınaqlardan sonra gəliblər.

Stenford Universitetinin (ABŞ) alimləri maraqlı kəşfə imza atıblar və kişilər və qadınların beynindəki növbəti fərqi aşkar ediblər. Hər iki cinsin nümayəndələrində vacib məsələlər üzrə müştərək qərar qəbul etmək lazım olduqda beynin hissələri müxtəlif formada aktivləşir

Araşdırmada təxminən müxtəlif cinsdən 250 könüllü iştirak etdi. Onları üç qrupa böldülər - qadın-qadın, kişi-qadın, kişi-kişi. Tədqiqatçılar bütün iştirakçılara partnyorla birlikdə yerinə yetirmək lazım olan tapşırıqlar verdilər.

Nəticə ekspertləri təəccübləndirdi - aydın oldu ki, qadın cütlüklər tapşırığın öhdəsindən çox pis gəldilər. Aydınlaşdı ki, qadın beyni kollektivdən daha çox “təklikdə” daha yaxşı işləyir. Bu kişi və qadın beyninin işində növbəti gender fərqini ortaya çıxardı.

Həmçinin alimlər üç kollektivdə komandada işi test ediblər: kişi, qadın və qarışıq. Maraqlıdır ki, ən yaxşı göstərici kişi kollektivində olub. Kişilər qarşılıqlı münasibət, münasibət aydınlaşdırma, həmkarların uyğunluğu və kommunikati özəllikləri barədə düşünmədən problemlərin üzərində aktiv şəkildə işləyirlər.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR