Slimfit
  1. PSİXOLOGİYA

Qadınların kişiləri bezdirən vərdişləri və ya ayrılığın 5 səbəbi

Qadınların kişiləri bezdirən vərdişləri və ya ayrılığın 5 səbəbi
Sakura

Qadınların kişiləri bezdirən vərdişləri və ya ayrılığın 5 səbəbi

Boşanmaq, yaxud da münasibətlərinə son qoymaq istəyən cütlüklərdən tez-tez eşitdiyimiz bir cümlə var: “Xasiyyətimiz uyğun gəlmədi…”

Halbuki, bir sıra hallarda ayrılıqların gerçək səbəbi əhəmiyyətsiz, ziyanı olmayan xırda məsələlərdə gizlənir. Qadınların davranışında hansı xüsusiyyətlər nikaha, birgə münasibətlərə son qoya bilər?

Bizimyol.info xəbər verir ki, psixoloqlar bunu araşdırıblar. Onlar qadınların kişiləri özündən çıxaran 5 ziyansız vərdişini müəyyənləşdiriblər.

Yersiz suallar

“Sən məni sevirsən?” – bu məsum sualı vermək az qala, hər qadına xas xüsusiyyətdir. Sən demə, bu sualı eşitmək kişilər üçün əsl işgəncə imiş. Əgər kişi qadına öz hisslərini etiraf etməyibsə, deməli, hələ ya hazır deyil, ya da uyğun zamanı gözləyir. Əgər onun dürüst olmasını istəyirsinizsə, bu sualı verib, zorla cavab almağa çalışmayın.

Total nəzarət və manipulyasiya

Elə qadınlar var ki, sanki kişilərə əmr vermək, onların üzərində manipulyasiya üçün dünyaya gəlib. Əvvəlcə öz ataları onların “şəbəkəsinə” düşür. Zaman keçir, sonra ərlərini,  ardınca oğulları və kürəkənlərini nəzarətdə saxlamağa cəhd edirlər. Adətən bu cür qadınlarla kişilər ya vərdişə, ya da birgə övlad, yaxud əmlaka görə yaşayır. Əziz qadınlar, növbəti dəfə qarşı tərəfdən hesabat tələb edəndə bunu yaddan çıxarmayın!

Şəxsi əşyalara nəzarət

Bir sıra qadınlar sevgilisinin və ya ərinin şəxsi əşyalarına müdaxiləni, onların telefonlarındakı SMS-ləri, elektron poçtlarındakı məktubları oxumağı pis iş saymırlar. Amma qadınların bu addımları kişiləri özündən çıxara bilər. Kişilərin tək qala biləcəyi zamana və məkana ehtiyacı var.

Həddindən artıq gözlənti

Elə hallar olur ki, qadınlar kişilərin özünə yox, potensial imkanlarına vurulurlar. Zaman keçir, bu üzdən qadınlarda məyusluq yaranır. Söhbət heç də həmişə maddi durumla bağlı gözləntilərdən getmir. Bu, qarşı tərəfin ailəyə, qadının karyerasına, birgə səyahətlərə və həyatın başqa sahələrinə aid məsələlərə baxışına dair gözləntilərə də aiddir.

Qadında özünəsevginin olmaması

Qadın fikrini ancaq uşaqlara yönəldib özünü unudanda, özünə qulluq etməyəndə cütlüklər arasında sevgi azalır və günlərin birində yox olur. Neçə il birgə yaşamağınızdan asılı olmayaraq, kişi yanında həmişə savadlı, cazibədar, geniş dünyagörüşü olan qadın görmək istəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR