
Dərc edildi: Baxış sayı: 263
Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
Ens.Az bu barədə "Report"a istinadən xəbər verir.
Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət