Slimfit
  1. İDMAN

"Qarabağ" qapıçısının avtomobillə piyadanı vurması ilə bağlı açıqlama yayıb

"Qarabağ" qapıçısının avtomobillə piyadanı vurması ilə bağlı açıqlama yayıb
Sakura

"Qarabağ" qapıçısının avtomobillə piyadanı vurması ilə bağlı açıqlama yayıb

“Qarabağ” klubu əsas komandanın qapıçısı Hannes Halldorssonun oktyabrın 18-də qəza törətməsi ilə bağlı açıqlama yayıb.

Report” Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı qolkiper idarə etdiyi avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışarkən vurub.

Bildirirlir ki, islandiyalı oyunçu yaralıya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçı evinə yollanıb.

Açıqlamada yaralının ciddi xəsarət almadığı, sadəcə, sağ diz qapağında sürüşmə olduğu, həkimlərin anında müdaxilə etdiyi və yaxın günlərdə evinə buraxılacağının gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, Hannes Halldorsson “Qarabağ”a DÇ-2018-də sonra transfer olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR