Slimfit
  1. İDMAN

“Qarabağ”a texniki məğlubiyyət veriləcək

“Qarabağ”a texniki məğlubiyyət veriləcək
Sakura

“Qarabağ”a texniki məğlubiyyət veriləcək

Topaz Premyer Liqasının VIII turunda “Səbail”ə evdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək. 

Oxu.Az xəbər verir ki, buna Ağdam təmsilçisinin oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.

Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və gənc müdafiəçi meydana çıxıb.

“Qarabağ”a texniki məğlubuyyətin verilməsi AFFA-nın İntizam Komitəsinin növbəti həftə keçiriləcək iclasında rəsmiləşəcək.

Qeyd edək ki, cari mövsümdə ilk belə hadisə “Zirə” ilə bağlı olub. Maraqlıdı ki, onda da rəqib “Səbail” idi və texniki qələbə qazanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR