Slimfit
  1. İDMAN

'Qarabağ'ın keçmiş qapıçısı film çəkdi

'Qarabağ'ın keçmiş qapıçısı film çəkdi
Sakura

'Qarabağ'ın keçmiş qapıçısı film çəkdi

"Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson "Leyniloqqa" ("Məxfi işarə") filmi üzərində işi yekunlaşdırıb. "Report"un məlumatına görə, filmdə ölkəsindəki mütəşəkkil cinayətkarlıqla və öz hissləri ilə mübarizə aparan biseksual oriyentasiyalı polisdən bəhs olunur.

Tammetrajlı film çəkmək islandiyalı qolkiperin hədəflərindən biri olub. Çünki aktiv oyunçu kimi onun cəmi 2 gün boş vaxtı olub. Həmin müddəti isə Halldorsson yalnız reklam çəkilişlərinə həsr edə bilib. Daha sonra 36 yaşlı qapıçı məşqlərə qoşulub.

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"da 2018/2019 mövsümünün birinci yarısında forma geyinib. Hazırda o, İslandiyada "Valür" klubunda çıxış edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR