Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qarpız qabığını atmayın – İnanılmaz fayda

Qarpız qabığını atmayın – İnanılmaz fayda
Sakura

Qarpız qabığını atmayın – İnanılmaz fayda

Qarpız qabığında qarpız qədər faydalar vardır. Yadımdadır, uşaq vaxtı qarpız yeyəndə böyüklərimiz qarpızı dilimləyər, bizə dilimlə yeməyi məsləhət görərdilər.

Axar.az xəbər verir ki, bu sözləri həkim Fizuli Hüseynov deyib.

O bildirib ki, qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür:

“Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl bir vasitədir. Belə ki, qarpız qabığının suyu həm ödqovucu, həm də sidikqovucudur. Qarpız qabığını müalicə məqsədilə istifadə etmək üçün qalınqabıq qarpız götürüb üstündəki tam yaşıl hissəni soyub altındakı ağ maddəni qurudub bütün il boyu istifadə edə bilərsiniz. Qurudulmuş qarpız qabıqlarından 2 xörək qaşığı götürüb 3 stəkan suda 10 dəqiqə vam odda qaynadın, sonra süzüb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan için. Müalicə müddəti 1 aydır”.

Həkim sözlərinə görə, qarpız qabığı üz dərisinə, həmçinin mədə-bağırsaq, babasil və qəbizlik problemlərinə çox faydalıdır:

“Qarpız qabığında sifət təravətləndirici maddələr var. Belə ki, qarpız qabıqlarını blenderdən keçirib sifətə çəkib 20-30 dəqiqə üzdə saxladıqdan sonra yumaq lazımdır. Bu, sifəti təravətləndirmək üçün faydalı bir üsuldur.

Qarpız qabığındakı amin turşular həm kişilərdə, həm də qadınlarda cinsi istəyi gücləndirir. Həmçinin, qabıqda olan zəngin liflər bağırsaq tənbəlliyində, qəbizlikdə çox faydalıdır. Babasildən əziyyət çəkənlər də qarpız qabığının dəmləməsindən faydalana bilər. Qarpız qabığındakı antioksidantlar (likopen) xərçəng xəstəliyinin müalicə və profilaktikası üçün faydalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR