Ens.az
19 iyul 2019, cümə
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Nurlan Qasımov Cəmil oğlu

Doğum tarixi : 6 may 1997 Vəfat tarixi: 2 aprel 2016 (18 yaşında)

370 Baxış
Nurlan Qasımov Cəmil oğlu

Nurlan Cəmil oğlu Qasımov (d. 6 may 1997; Şəmkir, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Nurlan Qasımov 1997-ci ilin 6 may günündə Şəmkir rayonunun Tatar kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Nurlan Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Nurlan Qasımov doğulduğu Şəmkir rayonunun Tatar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.


VİDEO QALEREYA
Amerikanın Dakota əyalətində qızıldərili geyimi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X