Slimfit
  1. MƏDƏNİYYƏT

Qayınana (film, 1978)

Qayınana (film, 1978)
Sakura

Qayınana (film, 1978)

Qaynana — Rejissor Hüseyn Seyidzadənin filmi.

Məzmun

Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.

Film haqqında

  • Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • Filmin sınaq çəkilişlərində Ayaz roluna namizəd kimi müğənni Hüseynağa Hadıyev və aktyor Ceyhun Mirzəyev, İlqar roluna namizəd kimi isə Fuad Poladov iştirak etmişdi.

Festivallar və mükafatlar

1)1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı
  • Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə Priz verilmişdir.
  • Aktrisa Nəsibə Zeynalovaya Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin Müəllifi : Məcid Şamxalov
Ssenari müəllifi : Əjdər İbrahimov, Marqarita Maleyeva
Quruluşçu rejissor : Hüseyn Seyidzadə
Quruluşçu operator : Fikrət Əsgərov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Ramiz Əliyev
Operator : Amin Novruzov
Montaj edən : Tahirə Babayeva
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : V. Arapov
Dekor rəssamı : Fikrət Ələkbərov
Quraşdırılmış Çəkilişlərin Operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış Çəkilişlərin Rəssamı : Gennadi Tişşenko
Rejissor assistenti : Süleyman Əhmədov, Zəfər Murtuzov(Z. Murtuzov kimi)
Rəssam assistenti : Y. Kirşner
Operator assistenti : Nemət Rzayev, Yuri Varnovski
Redaktor : Seyfəddin Dağlı, Ədhəm Qulubəyov
Mahnıların Mətni : Fikrət Qoca
Musiqi redaktoru : Oqtay Zülfüqarov
Mahnıları İfa edir : Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə
Baletmeyster : Rəfiqə Axundova, Maqsud Məmmədov
Çalır : Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri
Dirijor : Tofiq Əhmədov, Eduard Qazarov
Filmin direktoru : Gennadi Lapşuk
İstifadə edilən mahnılar: "Sunny" (Boney M qrupu), "Good Golly Miss Molly" ("Creedence Clearwater Revival" qrupu) (titrlərdə yoxdur)

Rollarda

Nəsibə Zeynalova-Cənnət
İnarə Quliyeva-Afət; Zərifə
İlham Namiq Kamal-İlqar
Tanilə Əhmərova- Sevda
Fuad Poladov- Ayaz
Səfurə İbrahimova- Sədaqət
Tələt Rəhmanov- Əli
Kamil Məhərrəmov-Alverçi
Məmməd Sadıqov-Məşədi Kazım (şəkil)
Sadıq Həsənzadə-Dişi ağrıyan
Gümrah Rəhimov-Yanğın söndürən
N. Əliyev
K. Dadaşov
R. Həsənov
Mayak Kərimov-İlqarın dostu
Sədayə Mustafayeva-Minayə
V. Quliyev
Dadaş Kazımov-Satıcı
Sadıq Hüseynov-Dişi ağrıyan
Elxan Ağahüseynoğlu-Dişi ağrıyan
Sədaqət Zülfüqarova-Dişi ağrıyan
Hökümə Qasımova-Dişi ağrıyan
Ramiz Əzizbəyli-Dişi ağrıyan
Tofiq Əhmədov-Dirijor
Azad Dadaşov-Satıcı

Filmi səsləndirənlər

Ofeliya Sənani-Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Süsən Məcidova-Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)

Maraqlı faktlar

  • 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqment yer alıb[3].
  • 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ədəbi-bədii axşamda "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.

Şəkil

Qaynana (1978)(afişa).JPG
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR