Slimfit
  1. MEDİA

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi MEK-ə müasir qazax poeziyası və nəsr antologiyalarını hədiyyə edib

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi MEK-ə müasir qazax poeziyası və nəsr antologiyalarını hədiyyə edib
Sakura

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi MEK-ə müasir qazax poeziyası və nəsr antologiyalarını…

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müasir qazax poeziyası və nəsr antologiyalarını rus dilində ikicildliyini hədiyyə edib. Müasir Qazax yazıçı və şairlərinin dörd yüz əsərindən ibarət “Müasir Qazax poeziyasının antologiyası” və “Müasir Qazax nəsr antologiyası” Qazaxıstan xalqının mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verir. “Müasir Qazax poeziyasının antologiyası”na müasir Qazaxıstan şairlərinin ilk dəfə rus dilinə tərcümə edilmiş əsərləri daxil edilib. “Müasir Qazax nəsr antologiyası” oxucunu qazax mədəniyyəti və dünyaya baxışı ilə tanış edir. İki cilddən ibarət nəşr “Qlobal dünyada müasir Qazaxıstan mədəniyyəti” layihəsi çərçivəsində təşkil edilərək Moskva Universitetinin nəşriyyatında çap edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR