Slimfit
  1. CƏMİYYƏT

Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi

Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi
Sakura

Qənirə Paşayeva Qarabağ əlilləri ilə bağlı hökumətə çağırış etdi

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək Qarabağ Qaziləri İB-nin deputatlara, hökümət qurumlarına müraciətini səsləndirib.

Metbuat.az xəbər verir ki, ötən ildən ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı məsələ qaldırıb.

Q.Paşayeva Qarabağ Qaziləri İB-nin və bütün Qarabağ müharibəsi əlillərinin dövlət başçısının şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR