Slimfit
  1. TEXNOLOGİYA

Qeyri-adi qrafen batareyaların istehsalına başlanıldı

Qeyri-adi qrafen batareyaların istehsalına başlanıldı
Sakura

Qeyri-adi qrafen batareyaların istehsalına başlanıldı

Tezliklə qrafen batareyaları kommersiya cihazlarında görünəcək. Real Graphene şirkəti qrafen batareyalarının istehsalına başladığını elan edərək, həcmi və dəyəri açıqlayıb. TED.az xarici mətbuata istinadən xəbər verir ki, istehsalçının sözlərinə görə, 10 000 mAs. üçün batareyanın satış qiyməti 90 dollardır. Onun üçün enerji təchizatı 100 Vt elan edilib, bu isə 15 dollara başa gələcək. Qeyd edildiyi kimi, batareyalar kommersiya istifadəsi üçün artıq demək olar ki, hazırdır və onların əsas üstünlüyü sürətli yükləmə olacaq. Məsələn, 3000 mAs. tutumu olan batareyanın 60 vt-lıq şarjdan 20 dəqiqə ərzində doldurulması mümkün olacaq. Batareyaların uzunömürlülüyü də üstün cəhətlərdən biridir. Müqayisə üçün qeyd etməyə dəyər ki, müasir smartfonların adi batareyaları 300-dən 500-ə qədər şarj dövrlərinə dözürlər, halbuki eyni tutumlu qrafen batareyası təxminən 1500 dövrə dözə biləcək. Belə batareyalar, həm də daha az qızdığından daha təhlükəsizdir. Şirkət tezliklə batareyanın və xüsusi çipsetin olacağı hərtərəfli bir həll təklif etməyi planlaşdırır. İstehsalçısı portativ batareyanı artıq satışa çıxarıb, lakin smartfon istehsalçıları ilə müqavilələr hələ bağlanılmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR