Slimfit
  1. ARAŞDIRMA

Qırışlar

Qırışlar
Sakura

Qırışlar

Qırışlar yaşlanmanın təbii əlamətlərindən biridir. Daha çox dərinin gün şüalarının təsirinə məruz  qalan açıq səthlərində formalaşır. 

Genetika dərinin quruluşunu müəyyənləşdirən əsas amil olsa da, qırışların əmələ gəlməsində  günəş şüaları ən başlıca amildir. Bu təsirin nəqədər güclü olmasına əmin olmaq üçün rastladığınız hərbçilərdən yaşlarını soruşsanız yetər. 

Əgər qırışlarınız sizi tədirgin edirsə məlumatınız olsun ki, bugünki imkanlarla həm səthi həm də dərin qırışlarınızı aradan qaldırmaq üçün kifayət qədər  effektiv metodlar mövcuddur.

 

Dermatoloqunuza görünün: 

Əgər dərinizdə qırışların əmələ gəlməsini önləmək həmçinin mövcud qırışları aradan qaldırmaq  istəyirsinizsə, dermatoloqunuza görünün. O sizin dəri tipinizə görə sizə özəl dəriyə qulluq planını tərtib edə bilər. Mövcud qırışlara qarşı isə medikamentoz müalicə təyin edə bilər. 

 

Səbəblər: 

Qırışlar bir neçə amilin birgə təsirindən yaranır - onların bəzilərini önləyə bilərsiniz bəzilərini isə  deyil: 

·         Yaş: Yaşa dolduqca dərimiz elastikliyini itirir və kövşəkləşir. Dərinin piy vəzilərinin fəaliyyatı azalır, dəri qururyur- bu xirda qırışların yaranmasına gətirir. Dəri altı piy toxumasının azalması isə dəriyə  sallaqlıq verir və dərin qırışlar formalaşır. 

·         Ultrabənövşəyi (UV) şüaların təsiri:  Təbii yaşlanmanı sürətləndirən başlıca amil. Bu necə  baş verir? Günəş şüaları dərinin birləşdirici toxumasının(dərinin dərin qatında yerləşir) karkasını  təşkil edən kollagen və elastin liflərinin tamlığını pozur. Nəticədə dayaq funksiyası daşıyan  birləşdirici  toxumasız dəri elastikliyini itirir. 

·         Tütün: Tütün çəkmək ilk öncə damarları zədələyir. Dərimizə zərəri də dolayısıyla onu qıdalandıran  damarların zədəlnməsi ilə baş verir. 

·         Təkrarlanan üz ifadələri:  Gülmək, qaşları qaldırmaq, gözü qamaşdırmaq, üzü turşutmaq      və s. üz  ifadələri zamana üzümüzdə keçicı şırımların, qırışların yaranması bizə sir deyil. Sadəcə dərimiz yuxarıda sadalanan səbəblər üzündən elastikliyini itirdikcə bu qırışlar əvvəlki vəziyyətə qayıda bilmir və qalıcı olur.  

 

Qabaqlama tədbirləri: 

·         Gündən qorunun - Günün altında daha az zaman keçirin. Gündən qorunmaq üçün baş örtüyü , gündən qoruyucu böyük eynəklərdən  və gün qoruyucu kremlərdən istifadə edin.  Amerika  Dermatoloqlar Assosassiyası tövsiyə edir ki, SPF ( Sun Protection Factor = Gündən Qoruma Amili) 30  və daha yüksək olan kremlərdən istifadə edin. Hər 2 saatdan bir kreminizi təkrar sürtün.  

·       Dərinizi bol nəmləndirin - Daimi nəmləndiricilərdən istifadə edin, xüsusiylə hamamlandıqdan  sonra. Bununla xırda qırışların yaranmasını qabaqlamış olacaqsınız. 

·         Tütünü tərgidin - Hətta uzun müddət tütün çəkən olsanız belə tütünü tərgidməklə gələcəkdə  yaranacaq qırışlarınızın qarşısını almış olacaqsınız. 

·         Minerallar və vitaminlərlə zəngin diet - dəri üçün faydalı minerallarla Zn, Fe, Cu, Se və  vitaminlər A, E, C ilə zəngin qidalar. 

Bunu etməkdə çətinlik çəkirsizsə sadəcə bol meyvə tərəvəz qəbul edin.

 

Müalicə metodları haqqında növbəti postda ətraflı məlumat əldə edəcəksiniz.

 

Mənbə : Faderm.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR