Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Qisasda sizin üçün həyat var – Xocalını unutma!

Qisasda sizin üçün həyat var – Xocalını unutma!
Sakura

Qisasda sizin üçün həyat var – Xocalını unutma!

“Bundan başqa, demək olar ki, Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bu sözlərin müəllifi Ermənistanın keçmiş prezidenti, Qarabağ müharibəsində, Xocalı faciəsi zamanı erməni silahlı dəstələrinə rəhbərlik etmiş Serj Sarqsyandır. Təkcə bu ifadə kifayətdir ki, Sarqsyan Haaqa tribunalında ağır cəzalandırılsın. Çünki Xocalı qətliamı zamanı erməni quldurlarına komandanlıq etmiş Sarqsyan bunu şəxsən etiraf edib, özü də xarici vətəndaşa, Qarabağ münaqişəsi tədqiqatçısı Tomas de Vaala müsahibəsində.

Xocalı nifrət cinayət idi. Bu hadisə şəhərə hücum zamanı yaranmış toqquşmalarda ermənilərin dinc azərbaycanlıları da öldürməsi hadisəsi deyildi, məqsədli, planlı nifrət cinayəti idi.

Bunu sübut edən onlarla faktdan biri Xocalı əsirləri və onlara olan münasibətdir. Rəsmi sənədlərə əsasən, Xocalı qətliamı günü 1275 nəfər azərbaycanlı əsir götürülüb və Qırmızı Xaç Komitəsinin rəsmi sənədlərinə əsasən, aylarla, illərlə ağır işgəncələrə məruz qalıb, bədən üzvləri çıxarılıb, ömürlük şikəst ediliblər.

Fevralın 25-dən 26-na keçən gecə Xocalıda qoca, uşaq, qadın da daxil olmaqla, 613 mülki şəxs amansızlıqla qətlə yetirilib. Bunu isbat edən hadisə şahidi olan xarici media nümayəndələrinin onlarla fotosüjeti, yazılı qeydləri var.

Lakin bütün bu faktlar, hətta Ermənistan prezidentinin etirafı Xocalı cinayətkarlarının cəzalandırılmasına səbəb olmadı. Çünki dünya başqa qanunlarla işləyir. İkinci Dünya Müharibəsindən sonra formalaşdırılmış dünya nizamı planetdə ədalətsiz münaqişələrin, dinc insanların müharibələrdə öldürülməsinin qarşısını ala bilmədiyi kimi, həm də hər ölkənin “öz başının çarəsinə baxmalı olduğunu” deyir.

Bu mənada, Xocalı həm də dərsdir. İllər keçsə də, unutmaq, yaddan çıxarmaq olmaz. Çünki faciələrini unudan xalq onu yenidən yaşamalı olur. Tarix ona bir daha xatırladır.

Buna görə də Xocalını unutmamaq və onun qisasını almaq lazımdır. Necə ki, İkinci Dünya Müharibəsindən sonra yaranan İsrailin hökumət orqanları nasist cəlladlarını – uzaq Amerikada olanları belə, gizləndikləri yerdə ifşa edib, ölkəyə gətirib mühakimə edirdi.

Sarqsyanın öz ifadəsi ilə desək, azərbaycanlılar ermənilərin bu qədər qəddar olacağını gözləmədiyi kimi, erməni caniləri də qisas alınmayacağını düşünməsinlər. Xocalı canilərinin ifşa olunub cəzalandırılması ona görə lazımdır ki, növbəti dəfə Azərbaycan xalqına qarşı cinayət işlədəndə iki dəfə düşünsünlər. Nə zamansa intiqam alınacağını, cinayətlərinin cəzasız qalmayacağını anlasınlar. Xocalıda əli dinc insanların qanına batmış canilər Azərbaycan ədaləti və qisasının nəfəsini hər zaman boyunlarının arxasında hiss etməlidir.

Müqəddəs kitab “Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz” deyir (Bəqərə, 179-cu ayə). Buna görə də üzərindən nə qədər il keçsə də, Xocalını unutmaq olmaz, onu yaşatmaq, diri saxlamaq lazımdır, qisası alınan günə qədər. Bir daha belə faciələr yaşanmasın deyə.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR