Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

​​​​​​​Qocalmaq istəmirsinizsə, ağ göbələk yeyin

​​​​​​​Qocalmaq istəmirsinizsə, ağ göbələk yeyin
Sakura

Ağ göbələklərdə insan orqanizmində qocalma prosesini ləngidən maddələr var

Ağ göbələklərdə insan orqanizmində qocalma prosesini ləngidən maddələr var.

e-tibb.az saytı "Medical News Today" portalına istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin alimləri bu nəticəyə gəliblər.

Amerikalı alimlərin tədqiqatları göstərir ki, ağ göbələk orqanizmdə öz-özünə əmələ gələ bilməyən antioksidant ergotionein amin turşusunun mənbəyidir.

İnsan bu maddəni ancaq qidadan alır. Digər ərzaqlarla müqayisədə isə ağ göbələkdə ergotioneininmiqdarı 10 dəfə çoxdur.

Bundan əlavə, göbələkdə daha bir vacib antioksidant olan qlutation var.

Antioksidant maddələr, hüceyrələrdə azad radikallar daxil olmaqla, oksigenin fəal  formalarının səviyyəsinə nəzarət etmək xüsusiyyətinə malikdir. Bunun sayəsində onlar DNK, yaşamaq üçün lazım olan molekullar və hüceyrə membranların zədələnməsinin qarşısını alır.

Qocalma prosesi məhz bu zədələnmələr, dağıntılar nəticəsində baş verir. Beləliklə, antioksidantların müdafiə fəaliyyəti qocalmanı ləngidir.

Alimlər bildirirlər ki, ağ göbələklərin tərkibində mühüm qidalandırıcı maddələr olan selen, D vitamini, qlutation və ergotionein var. Bunlar hamısı turşulanma stressini zəiflədən antioksidant kimi təsir edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR