Slimfit
  1. ELM

Qripə qarşı vaksin xərçənglə mübarizədə kömək edir

Qripə qarşı vaksin xərçənglə mübarizədə kömək edir
Sakura

Qrip vaksinləri xərçəngə mübarizədə effektiv üsul kimi

Alimlər müəyyən ediblər ki, qripə qarşı istifadə olunan adi vaksinlər xərçəngə üstün gələ bilər. Bu nəticəyə Çikaqoda yerləşən Raş Universiteti Tibbi mərkəzinin tədqiqatçıları gəliblər. Amerika tədqiqatçıları əmindirlər ki, əgər mövsümi soyuqdəyməyə qarşı inyeksiyalar bilavasitə onkoloji yenitörəməyə daxil edilərsə , onda onun ölçülərini azaltmaq və xəstənin immunitetini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olar.

Ens.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, immunoterapiyanın aparılması orqanizmdə xərçəng qəfəslərini aşkar etməyə və onları effektiv məhv etməyə imkan yaradır. Xərçənglə mübarizədə qripə qarşı vaksinləmənin mənası ondan ibarətdir ki, bədxassəli şiş "soyuq" vəziyyətdən "istiyə" keçir. Nə vaxt ki, şiş "daha isti" vəziyyətdə olur belə terapiya təhlükəli xəstəliklə mübarizədə daha yaxşı nəticələr verir.

Hazırda bu sınaqlar siçanlar üzərində davam etdirilir. Tədqiqatçılar immun qəfəsləri ilə ağ ciyər xərçənginə yoluxmuş insanda yaranmış şişlərin yerini dəyişdirirlər. Onların fikrincə, belə bir ehtimalı var ki, insanlarda ağ ciyər xərçəngi hansısa bir virusun orqanizmə düşməsinə görə yaranır və qripə qarşı vaksinin tətbiqi bəzi şişlərə qarşı zəif immun reaksiyasını yaxşılaşdıra bilər.

Eyni zamanda, tədqiqatlar göstərir ki, ağ ciyər xərçəngindən çəkən və tənəffüs yollarında hər hansı infeksiya olan insanlar, infeksiya olmayanlara nəzərən daha uzun yaşayırlar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR